Britaniyalı məşqçi: Nümayəndə heyətimiz Bakıda dünya kubokunun təşkilatçılıq səviyyəsinə heyran qalıb
Böyük Britaniya nümayəndə heyətinin üzvləri batut gimnastikası və tamblinq üzrə dünya kubokunun təşkilatçılıq səviyyəsinə heyran qalıblar.

Bu fikri batut gimnastikası və tamblinq üzrə dünya kubokunda iştirak etmək üçün Bakıya gəlmiş Böyük Britaniya nümayəndə heyətinin rəhbəri Zoi Stayls deyib.

Z.Stayls Bakının çox gözəl şəhər olduğunu bildirib: “Hamı çox səmimidir və həmişə kömək etməyə hazırdır. Məşqlərə başlamağı səbirsizliklə gözləyirik”.

O qeyd edib ki, Böyük Britaniyadan Bakıya çoxlu sayda gənc komanda gəlib: “Gimnastlardan birinin 16 yaşı var. Bu, onun böyüklər arasında ilk yarışıdır. Aydındır ki, o hər şeyi yüksək səviyyədə yerinə yetirib finala çıxmaq istəyir. Bundan başqa, iki qız da var. Onlardan biri dünya çempionatında ikinci yer tutub, digəri də dünya və Avropa çempionatlarında medallar qazanmış güclü idmançıdır”.

Xəbər 738 dəfə oxundu.