“Neftçi”-“Kəpəz” komandalarının oyununda hesab açılmayıb
Fevralın 18-də futbol üzrə Topaz Premyer Liqasında XIX tur çərçivəsində növbəti görüş keçirilib.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi günün ikinci oyununda “Neftçi” komandası “Bakcell Arena”da “Kəpəz”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab açılmayıb. Beləliklə, flaqman çempionatda ardıcıl üçüncü qələbəsini qazana bilməyib.

Bu oyundan sonra “Neftçi” xallarının sayını 17-yə çatdıraraq altıncı sırada qərarlaşıb.

Aktivində 16 xal olan “Kəpəz” isə yeddinci pillədədir. Komandaların turnir cədvəlindəki mövqeləri isə dəyişməyib.

Turun digər görüşləri fevralın 19-da oynanılacaq. “Sumqayıt” komandası “AZAL”ı, “Qəbələ” isə Qarabağ”ı qəbul edəcək.

Xəbər 644 dəfə oxundu.