IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 6 kişi və 4 qadın tennisçi təmsil edəcək
Tennis nüfuzlu və vəsait tələb edən idman növlərindən biridir. Tennis əsasən Qərb ölkələrində məşhurdur. Amma İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin də tennis üzrə güclü rəqabət aparmağa qadir olduğunu nümayiş etdirəcək.

Bu sözləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin tennis idman növü üzrə menecer köməkçisi Sabira Abdullayeva deyib.

Martda Azərbaycan millisinin Bakı Tennis Akademiyasında təlim-məşq toplanışına başlayacağını bildirən S.Abdullayeva deyib: “Hazırda idmançılarımız turnirlərdə iştirak edirlər. Bu da atletlərimizin Oyunlara hazırlığını təmin edəcək. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 6 kişi və 4 qadın tennisçi təmsil edəcək. Adətən hər komandada 4 tennisçi olur. Amma Azərbaycan “Bakı -2017”yə ev sahibliyi etdiyinə görə, kişilərdən ibarət komandaya 2 idmançı əlavə etməyə imkan verilib. İdmançılarımız güclüdür və biz qələbəyə ümid edirik”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışlarında idmançılar 14 medal dəsti uğrunda mübarizə aparacaqlar.

Xəbər 723 dəfə oxundu.