Azərbaycan Premyer Liqasında XIX tura start verilir
Azərbaycan Premyer Liqasında XIX tura start verilir. Bu gün turun iki qarşılaşması keçiriləcək.

İlk görüşdə ötən mövsümün mükafatçıları üz-üzə gələcəklər. Paytaxt derbisində “İnter”lə “Zirə” qarşılaşacaq. 3-cü pillədə möhkəmlənən Zaur Svanadzenin yetirmələri cari mövsüm iki dəfə bərabərə qaldığı rəqibini yenməyə iddialıdı. Bu il meydanı qolsuz tərk etməyən “İnter” iki turdu qələbə həsrətində olan qəsəbə komandasının 4-cü yer arzusunun üstündən xətt çəkmək niyyətindədi. Amma Ayxan Abbasovun komandası da rəqibinə yaxınlaşmaq üçün 3 xal qazanmağa borcludu.

Xəbər 558 dəfə oxundu.