Şərur və Kəngərli karateçiləri arasında keçirilən yoldaşlıq görüşünün qalibləri məlum olub
Şərur Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında muxtar respublikanın Şərur və Kəngərli rayonunun yeniyetmə qız və oğlanlarından ibarət komandaları arasında karate-do üzrə yoldaşlıq görüşünün qalibləri məlum olub.

Şərur və Kəngərli rayon Gənclər və İdman idarələrinin və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 60 yeniyetmə idmançı qüvvəsini sınayıb.

Oğlanların mübarizəsində 6-7 yaş qrupunda Həbib Əhmədov, 8-9 yaş qrupunda Hüseyn Vəliyev, 10-11 yaş qrupunda Məhəmməd Şıxəliyev, 12-13 yaş qrupunda isə Möhsüm Möhsümov I yerlərə layiq görülüblər.

Qızların mübarizəsində 10-11 yaş qrupunda Aminə Nağızadə I yeri, İnci Mehdiyeva II yeri, Şəkər Əhmədova və Ayşən Yusifova isə III yeri tutublar.

Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Xəbər 595 dəfə oxundu.