3 şahmatçımızın 3 xalı var
Türkiyənin Qaziantəp şəhərində qalınlar arasında Avropa çempionatı davam edir. İdman.com.az saytının məlumatına görə, 6-cı tur aparıcı 2 şahmatçılarımız üçün uğursuz olub. Gülnar Məmmədova rusiyalı Marina Romankoya, məğlub olaraq, 3 xalla 47-ci pilləyə enib. Zeynəb Məmmədyarova gürcüstanlı Nana Caqnidzeyə yenilərək, eyni nəticə ilə sonrakı pillədə qərarlaşıb. Türkiyəli Hilal Öztürkə qalib gələn Nərgiz Umudova isə xalını 3-ə çatdıraraq 62-ci pilləyə qalxıb.

Xəbər 881 dəfə oxundu.