Sərbəst güləşçilərimiz dünya kuboku yarışlarına qələbə ilə başlayıblar
İranda böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları davam edir.

Püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparır.

İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan Azərbaycan pəhləvanları görüşü 4:4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə, 32:29 hesabı ilə öndə olan yığmamız görüşü qalib başa vurub.

Təmsilçilərimiz ikinci raundda Gürcüstan, daha sonra isə ABŞ güləşçiləri ilə qarşılaşacaqlar.

Xəbər 750 dəfə oxundu.