IV İslam Həmrəyliyi Oyunlarının rəsmi haştaqları ictimaiyyətə elan edilib | |
Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının rəsmi haştaqları ictimaiyyətə elan edilib. Təqdim olunan haştaqların hər biri daşıdığı məna baxımından bir-birindən fərqlənir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tanınan simaları olmaq üçün oyunlarla bağlı çəkilən şəkil və ya videolara münasib haştaqların yerləşdirilməsi kifayətdir. Belə ki, ən maraqlı şəkillər seçilərək “Bakı-2017”nin Facebook səhifəsində (@Baku2017) paylaşılacaq. Rəsmi haştaqlar arasında #Baku2017, #TeamSolidarity, #BakuMascots, #Baku2017Tickets, #DiscoverBaku və #MyBaku2017 yer alır. |
|
Xəbər 475 dəfə oxundu. |
|
|