Həndbol üzrə respublika çempionatının açılış mərasimi olub
Fevralın 16-da “ABU Arena”da həndbol üzrə respublika çempionatının açılış mərasimi olub.

Açılış mərasimində Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov 24-cü dəfə keçirilən respublika çempionatında yarışan komandalara uğurlar arzulayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə Saleh Məmmədovun Azərbaycan Həndbol Federasiyasının yeni prezidenti seçildikdən sonra bu idman növündəki dəyişikliklərin IV İslam Həmrəyliyi Oyunlarına da təsir göstərəcəyini və millimizin “Bakı-2017”nin həndbol yarışlarında qalib gələcəyinə inamını bildirib.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov həndbolun maraqlı oyun olduğunu deyib və komandalara uğurlar arzulayıb.

Qeyd edək ki, yarışlarda 4 kişi (“RİOEUGİM”, “Təhsil”, “Məhsul”, “Nəsimi”) və dörd qadın (“Azəryol”, “Nur”, “Gənclər Birliyi”, “Qarabağ”) komandası qələbə uğrunda mübarizə aparır. Çempionatın birinci dövrəsi fevralın 19-da başa çatacaq və ikinci dövrəyə isə martda start veriləcək.

Xəbər 836 dəfə oxundu.