“Xəzər Kuboku” başa çatdı
İranın Rəşt şəhərində şahmatçılar arasında beynəlxalq «Xəzər Kuboku»na yekun vurulub. İdman.com.az saytının xəbərinə görə, sonuncu turda rusiyalı Oleq Korneyevlə xal bölən Misrəddin İsgəndərov 8 xalla 3-5-ci yerləri bölüşənlər sırasına düşüb və əlavə əmsallara görə yekunda 5-ci olub. 7 xalla Zaur Məmmədov 15-ci, sərxan Quliyev 17-ci, Ayaz Məmmədov 18-ci yerləri tutublar. Qalib adını 9 xalla iranlı Puya İdani qazanıb.

Xəbər 911 dəfə oxundu.