İranda böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları start götürüb
Fevralın 16-da İranın Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları start götürüb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparır.

İki gün davam edəcək turnirin görüşlərinin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edir.

Qeyd edək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurublar. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004 və 2009-cu illərdə dünya kubokunun sahibi olublar.

Xəbər 712 dəfə oxundu.