“Bakı-2017”: Atletlər Kəndində və bütün idman obyektlərində ibadət otaqları yaradılacaq
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında idmançılar və texniki heyət üçün Atletlər Kəndində və bütün idman obyektlərində ibadət otaqları yaradılacaq.

Bu sözləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.

E.Səfərov bildirib ki, ibadət otaqlarının hansı qaydada yaradılması üçün Heydər məscidinin rəhbəri Hacı Sabirə müraciət edilib. Hacı Sabirin rəhbərliyi ilə bu sahənin könüllüləri ibadət otaqlarının yaradılması qaydası ilə bağlı bizə məsləhətlər verəcəklər. İstəyirik ki, qonaqların adət-ənənələrinə uyğun olan ibadət otaqları yaradaq.

“IV İslam Həmrəyliyi Oyunları zamanı idmançı və texniki heyətlərin cümə namazlarını qılmaları üçün də hazırlıq işləri görülür. Oyunların açılış mərasiminin keçiriləcəyi mayın 12-si, eləcə də 19-u cümə günlərinə təsadüf etdiyindən idmançı və texniki heyət məsciddə cümə namazı qılacaqlar. Ona görə idmançıların cümə namazlarını qılmalarına əlverişli şərait yaradılması üçün ciddi hazırlıq işləri aparırıq”, - deyə E.Səfərov əlavə edib.

Xəbər 587 dəfə oxundu.