Almaniya Futbol İttifaqı “Borussiya” klubunu cəzalandırıb
Almaniya Futbol İttifaqı “Borussiya” klubunu cəzalandırıb.

Buna bəzi dortmundlu azarkeşlərin rəqib komandalara qarşı təhqiramiz bannerlər açması səbəb olub. Qərara əsasən, “Borussiya”nın stadionunun Cənub tribunası bir oyunluq – “Volfsburq”la matç üçün qapadılıb.

Qeyd edək ki, bu tribunada daha çox Dortmund klubunun radikal azarkeşləri toplaşır.

Xəbər 693 dəfə oxundu.