“Rabitə” yenidən zirvəni ələ keçirdi
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının XII turunun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, mərkəzi matç liderlər arasında olub. Çempionatın potensial lideri “Rabitə”, turnir cədvəlinin zirvəsində qərarlaşan “Bakı” ilə görüşüb. Debütant ilk setdə idman ictimaiyyətini təəccübləndirsə də, sonradan təcrübə öz sözünü deyib; ölkə çempionu qalib gəlib.

Autsayderlər - “Lokomotiv Biləcəri” ilə “Azəryolservis” görüşündə ikincilər qələbə qazanıblar. Diqqət çəkən məqam, “Lokomotiv Biləcəri” klubunun uzun aradan sonra ilk dəfə set qazanması olub. Günün son qarşılaşmasında “Azərreyl” “kiçik bacısı” “Lokomotiv”i üstələyib.

7 mart. Super Liqa. Qadınlar
XII tur

“Lokomotiv Biləcəri” - “Azəryolservis” - 1:3 (25:22; 19:25; 14:25; 25:27)
İlk oyun: “Azəryolservis” – “Lokomotiv Biləcəri” - 3:0 (25:11, 25:22, 25:18)

“Rabitə” – “Bakı” - 3:1 (19:25, 25:14, 25:19, 25:23)
İlk oyun: “Bakı” – “Rabitə” - 0:3 (16:25, 23:25, 18:25)

“Azərreyl” – “Lokomotiv” - 3:2 (22:25, 25:15, 19:25, 25:18, 15:13)
İlk oyun: “Lokomotiv” – “Azərreyl” - 2:3 (16:25, 25:23, 25:20, 23:25, 11:15)


O Q M S T X

1. «Rabitə» 9 9 0 27-2 711:502 18
2. «Bakı» 11 7 4 25-15 911:825 18
3.«Azərreyl» 9 8 1 26-9 838:651 17
4. «Lokomotiv» 9 4 5 17-15 609:667 14
5. «İqtisadçı» 9 4 5 13-19 715:730 13
6.«Azəryolservis» 10 2 8 11-25 704:531 12
7.«Lokomotiv Biləcəri» 11 0 11 1-33 557:850 11

Xəbər 1056 dəfə oxundu.