Boks üzrə beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikasının komandası II yerə layiq görülüb
İran İslam Respublikasının Xoy şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikasının komandası II yerə layiq görülüb.

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin, Türkiyə Respublikasının İqdır vilayətinin və Azərbaycanın Naxçıvan Muxtar Respublikasının komandalarının iştirak etdiyi turnirdə 150-yə yaxın idmançı qüvvəsini sınayıb.

Turnirdə muxtar respublikanı təmsil edən 7 idmançıdan 5-i medal qazanıb. 64 kq çəki dərəcəsində İbrahim Cəfərzadə və 69 kq çəki dərəcəsində Elnur Mustafayev I yerə, 60 kq çəki dərəcəsində Rufin Rəhimov, 75 kq çəki dərəcəsində Rasim Rzayev, 91 kq çəki dərəcəsində isə Məhəmməd Məmiyev II yerə layiq görülüblər.

Qalib idmançılarımıza təşkilatçıların diplomları və komandaya kubok təqdim olunub.

Xəbər 633 dəfə oxundu.