Azərbaycan taekvandoçuları Antalyadakı beynəlxalq turnirdə daha 2 medal qazanıblar
Antalyada təşkil edilən taekvando üzrə “Turkish Open” beynəlxalq turnirində milli komandamızın üzvləri uğurla çıxış edərək daha iki medal qazanıblar.

“G-2” kateqoriyalı turnirdə mübarizəyə qoşulan Azərbaycan millisinin üzvü Sina Bahrami (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Mikayıl Əliyev (54 kq) isə yarımfinal döyüşündə məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Təmsilçilərimiz indiyədək turnirdə 2 qızıl, 3 gümüş və 4 bürünc olmaqla, ümumilikdə doqquz medal əldə ediblər.

Xəbər 1107 dəfə oxundu.