Zərdabda sərbəst güləş üzrə rayon birinciliyi keçirilib
Fevralın 10-da Zərdabda Aprel döyüşlərində Ağdərə rayonun Talış kəndində şəhid olmuş həmyerlimiz “Hərbi Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülmüş Abdullazadə Nurlan Rasim oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilib.

30 nəfərin iştirak etdiyi tədbirdə Sədrəddin Nəcəfov ( 20 kq), Talıb Babaşov (23 kq), Mehdi Həsənzadə (26 kq), Orxan Eyvazlı ( 32 kq), Nihad İsgəndərli (35 kq), Qabil Hüseynli (38 kq), Xanəli İsmayılov ( 46 kq), Məhəmməd Osmanov (50 kq) birinci yerə layiq görülüblər.

Xəbər 667 dəfə oxundu.