Bakı Tennis Akademiyasında “Baku Junior Cup” turniri başlayıb
Fevralın 13-də Bakı Tennis Akademiyasında “Baku Junior Cup” turniri başlayıb.

Fevralın 19-dək davam edəcək yarışda 14 yaşadək tennisçilər çıxış edirlər.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Latviyadan tennisçilər birincilik uğrunda mübarizə aparırlar.

Fevralın 27-də isə 16 yaşadək tennisçilər arasında “Novruz Cup” turniri başlayacaq.

Azərbaycan Tennis Federasiyasının baş məşqçisi Yalçın Manaflı deyib: “Federasiyamız IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Oyunlarda ölkəmizin layiqincə təmsil edilməsi üçün kifayət qədər peşəkar idmançılarımız var. Onların “Bakı-2017”də iştirakı nəzərdə tutulur. Hazırda isə hazırlıqlar gedir, həmçinin İslam Həmrəyliyi Oyunlarına hazırlaşan idmançılarımız bir neçə turnirdə iştirak edəcəklər. İnanıram ki, “Bakı-2017”də idmançılarımız yaxşı nəticələr qazanacaqlar”.

Xəbər 1625 dəfə oxundu.