Həndbol oyunları üzrə Respublika çempionatı keçiriləcək
Fevralın 16-dan 22-dək Bakıda həndbol oyunları üzrə Respublika çempionatı təşkil olunacaq.

Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, nəzərdə tutulan çempionat “ABU Arena” idman kompleksində keçiriləcək.

Çempionatın açılış mərasimi 16 fevral saat 13-30-da baş tutacaq.Yarışlarda 4 kişi (RİOEUGİM,Təhsil, Məhsul, Nəsimi) və 4 qadın (Azəryol, Nur, Gənclər Birliyi, Qarabağ) komandası qələbə uğrunda mübarizə aparacaq.


Xəbər 1116 dəfə oxundu.