Bəhruz Nəbiyev: «Cıdır yarışlarında totalizator olacaq»
«Ötən il 8 beynəlxalq, 4 yerli yarış keçirdik. Eyni tempi 2012-ci ildə də davam etdiriləcəkək». Bu sözü idman.com.az saytına Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev deyib. Gənc mütəxəssis bildirib ki, bütün turnirlərə dünyanın hər yerindən atçılar qatıla biləcəklər.

«Bu il Azərbaycanda 9 beynəlxalq tədbir təşkil olunacaq. Üstəlik, hər hətfəsonu – bazar günü cıdır yarışları keçiriləcək. Orada totalizatorlar öz işlərini görəcəklər. Ötən ilə nəzərən mükafat fondu 2 dəfə artıq olacaq. Mərc oyunu təkcə cıdır yarışlarına deyil, konkura da şamil ediləcək».

Federasiya rəsmisi əlavə edib ki, bu il həm də Jokey Mərkəzi də fəaliyyətə başlayacaq. Bu məktəb Gənclər və İdman Nazirliyinin nəzdindəki atçılıq məktəbində fəaliyyət göstərəcək.

Xəbər 1440 dəfə oxundu.