Anqolada futbol oyunu zamanı faciə baş verib
Anqolada futbol oyunu zamanı faciə baş verib.

“Santa Rita” və “Rekreativo” komandalarının oyunundan əvvəl azarkeşlər stadionun darvazasını aşmağa çalışıblar. Nəticədə kütlə arasında sıxlıq yaranıb və yıxılanlar ayaq altda qalaraq ölüblər.

Hadisə nəticəsində 17 nəfər həyatını itirib. Daha 59 azarkeş isə xəsarət alıb. Yaralılardan bir neçəsinin durumunun ağır olduğu bildirilir.

Xəbər 738 dəfə oxundu.