“Zirə”-“Qəbələ” oyunu heç-heçə yekunlaşıb
Fevralın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində növbəti oyun keçirilib.

“Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Zirə”nin heyətində Viktor İqbekoyi və Riçard Qadze, rəqib komandadan isə Daniel Subotiç və Filip Ozobiç fərqləniblər.

Hesabında 39 xal olan “Qəbələ” turnir cədvəlində ikinci, “Zirə” isə 22 xalla beşinci pillədə yer alıblar. Turnir cədvəlinə 42 xalla “Qarabağ” liderlik edir.

Tura fevralın 13-də keçiriləcək AZAL-“İnter” və “Neftçi”-“Sumqayıt” oyunları ilə yekun vurulacaq.

Xəbər 746 dəfə oxundu.