“Qarabağ” komandası səfərdə “Kəpəz”ə qalib gəlib
Fevralın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turuna start verilib.

Turun ilk qarşılaşması Gəncə şəhər stadionunda oynanılıb. Yerli “Kəpəz” komandası Azərbaycan çempionu “Qarabağ”ı qəbul edib.

Baş hakim Ömər Paşayevin idarə etdiyi oyunun 65-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Mahir Mədətov komandasının qələbə qolunu vurub – 1:0.

Beləliklə, hesabındakı xalların sayını 42-yə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini davam etdirir. “Kəpəz” isə 15 xalla altıncı pillədə yer alır.

Günün ikinci qarşılaşmasında “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edir.

Tura fevralın 13-də keçiriləcək “AZAL”-“İnter” və “Neftçi”-“Sumqayıt” oyunları ilə yekun vurulacaq.

Xəbər 739 dəfə oxundu.