«Baku Fires» - «Venky’s Mumbai Fighters»: heyətlər açıqlandı
Martın 10-da «Sərhədçi» Olimpiya-İdman Mərkəzində «Baku Fires» (Azərbaycan) və «Venky’s Mumbai Fighters» (Hindistan) komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) dörddə 1/4 final mərhələsinin cavab matçı keçiriləcək.

Rəqib meydanında 2:3 məğlub olan Bakı klubuna 4:1 hesabı qələbə lazımdır. «Baku Fires» 3:2 qalib gələrsə, əlavə döyüş təyin olunacaq. Püşkatmaya əsasən, bu döyüşdə 85 kq-dək boksçular qarşılaşacaq.

Qeyd edək ki, bu cütlüyün qalibi yarımfinalda «Paris United» - «Dolce & Gabbana Milano Thunder» cütlüyünün qalibi ilə qarşılaşacaq. Fransada keçirilmiş ilk matç 3:2 hesabı ilə parislilərin xeyrinə başa çatıb.

Komandaların heyətləri məlumdur:
54 kq. Məhəmməd Qurbanov (Rusiya) – İvan İlnitskiy (Ukrayna)
61 kq. İsa İsayev (Azərbaycan) – Divakar Prasad (Hindistan)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Konstantin Sniqur (İsrail)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Leonid Çernobayev (Belarus)
+91 kq. Denis Poyatsıka (Ukrayna) – Pol Kun (ABŞ)
Əlavə döyüş. 85 kq. Teymur Məmmədov (Azərbaycan) – Jasvir Sinqx (Hindistan)

Xəbər 1177 dəfə oxundu.