Bakı 2017 Oyunlarının könüllüləri Rafael və Coşqunla Dostluq tədbirində görüşüblər
Fevral ayının 11-dən etibarən IV İslam Həmrəyliyi Oyunlarının Grassroots proqramı çərçivəsində Ulduz səfirlər öz fəaliyyətlərinə start verdilər. Bu gün ulduz səfirləri, “Bu şəhərdə” nin məşhur simaları Rafael İsgəndərov və Coşqun Rəhimov Bakı 2017 könüllüləri ilə “Həmrəlik səhərləri: dostluq” adlı tədbirində görüşdülər.

Keçirilən bu tədbirin əsas məqsədi - könüllülərə İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini aşılamaq, onlarda oyunlara sevgi və maraq hissini artırmaqdır.

Qeyd edək ki, 4 amil – birlik, hörmət, sülh və mükəmməllik IV İslam Həmrəyliyi Oyunlarının əsas dəyərləridir ki, onlardan da hər biri özünə məxsus və önəmli məna kəsb edir.
Birlik – “Biz bir komandanın tək səsi kimi bizi ayıran sərhədləri aradan qaldırıb, bizi birləşdirən dəyərlərin gücləndirilməsi üçün birlikdə çalışırıq”.
Sülh - Biz aramızdakı fərqlilikləri anlayıb qiymətləndirərək harmoniya və sülhə dayaq oluruq.

Hörmət - Biz multikulturalizmə, ənənələrə, dinlərə və irslərə hörmət edirik və onların hər birini lazımınca dəyərləndiririk.

Mükəmməllik - Biz gördüyümüz bütün işlərdə mükəmməllik üçün çalışırıq.
Rafael və Coşqun könüllülərə uğurlar diləyərək, hər zaman könüllülərə dəstək olacaqlarını bildirib, bu cür mötəbər tədbirlərin həyata keçirilməsində dostluğun və birliyin önəmindən danışıblar. Rafael İsgəndərov: “Mənim fikrimcə “dostluq” mesajı İslam Həmrəyliyi Oyunlarının dəyərləri içində könüllülərimizə ən yaxın olanıdır. Mənim üçün ən qürurverici an, Avropa oyunlarında olduğu kimi, İslam Həmrəyliyi oyunlarında da övladımın könüllülər sırasında olmasıdır. Onlara dəstək olaq və oyunlarda bir ailə kimi iştirak edək”.

Coşqun Rəhimov da həmkarının fikirlərinə qoşularaq səfir olmağın önəmindən danışıb. Coşqun Rəhimov: “Tək mən, Rəfael və seçilmiş başqa səfirlər deyil, məncə Azərbaycanın hər bir vətəndaşı səfir olmalıdır. Bu mesajın daşıyıcısı olmaq bizim üçün çox böyük məsuliyyət və eyni zamanda şərəfli hissdir.”

Müsahibələrdən uğurla keçmiş 200 nəfər könüllü seçilərək görüşdə iştirak etmişdir. İstər təşkil olunan görüşlərdə, istərsə də təlimlərdə könüllülərin fəallığı gündəgün artır. Məhz elə onlar üçün keçirilən təlimin əsas məqsədi, könüllülərin vaxtının səmərəli təşkil edilməsi, onlara yeni biliklərin aşılanması, eyni zamanda turizm bələdçiliyi haqqında lazımi məlumatların verilməsidir.

Bununla yanaşı, Oyunlaraın açılışına qədər və Oyunlar zamanı aktivliyi ilə seçilən könüllülər İslam Həmrəyi Oyunlarının Əməliyyat Komitəsinin müxtəlif departamentlərdə işləyəcəklər.

Bakı 2017 İslam Həmrəyliyi oyunlarına hazırlıq çərçivəsində könüllülər ulduz və idman səfirləri görüşüb, eyni zamanda onlar üçün nəzərdə tutulmuş bir sıra seminarlarda iştirak etmək şansı da əldə edəcəkələr.



Xəbər 867 dəfə oxundu.