Bakı Dövlət Universitetinin 700-dək tələbəsi IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcək
Bu il ölkəmizdə keçiriləcək möhtəşəm beynəlxalq tədbirdə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Bakı Dövlət Universitetinin (BDU) 700-dək tələbəsi könüllü kimi iştirak edəcək.

Bu barədə BDU-nun tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qənbərov məlumat verib. Bildirilib ki, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri BDU-da tələbələrlə görüşüb, oyunlara hazırlıq haqqında məlumat verib, müvafiq təqdimatlar ediblər.

Hazırda könüllülər Əməliyyat Komitəsi tərəfindən təşkil olunan təlimlərdə iştirak edirlər. Qeyd edək ki, BDU-nun tələbələri respublikamızda keçirilmiş “Bakı-2015” ilk Avropa Oyunlarında da könüllü kimi fəal iştirak ediblər.

Xəbər 678 dəfə oxundu.