ABU həndbol komandası “Çelenc Cup” turnirində növbəti oyununu keçirib
Qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “ABU” ilk matçına çıxıb.

Komandamız Polşanın “Kram Start Elblaq” klubu ilə qarşılaşıb. Polşada keçirilən matçda nominal ev sahibi kimi çıxış edən “ABU” klubu yerli komandaya 23:33 hesabı ilə məğlub olub.

Xatırladaq ki, səkkizdəbir final mərhələsinin cavab qarşılaşması fevralın 11-də əvvəldən razılaşdırıldığı kimi Polşada baş tutacaq.

Xəbər 787 dəfə oxundu.