Türkiyə “Avro-2024”də ev sahibliyi edə bilər
Türkiyə 2024-cü ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

2016-cı ilin qitə birinciliyinə də ev sahibliyi etmək üçün namizəd olmuş Türkiyə o zaman mübarizəni bir səslə uduzmuşdu. 2020-ci ildə qitə çempionatının bütün Avropaya yayılması səbəbindən imtina edilmişdi.

“Avro-2024”ü təşkil etmək istəyən ölkələr rəsmən açıqlanmasa da, Almaniya və Hollandiyanın təklikdə, Rusiya və Estoniyanın isə birlikdə namizəd olacağı gözlənilir

Xəbər 755 dəfə oxundu.