Conatan Klinsmann ABŞ-ın gənclərdən ibarət yığmasına çağırılıb | |
Dünya və Avropa çempionu, Almaniya və ABŞ millilərinin keçmiş baş məşqçisi Yürgen Klinsmannın oğlu Conatan Klinsmann CONCACAF çempionatında iştirakı üçün ABŞ-ın gənclərdən ibarət yığmasına çağırılıb. ABŞ-ın gənclər yığmasının baş məşqçisi Tab Ramos Kaliforniya Universitetinin komandasında çıxış edən Klinsmannı turnirdə oynayacaq 20 futbolçu siyahısına daxil edib. Yarış fevralın 17-dən martın 5-dək Kosta-Rikada keçiriləcək. Y.Klinsmanna gəlincə, almaniyalı mütəxəssis 2011-ci ildən 2016-cı ilədək ABŞ yığmasını çalışdırıb. |
|
Xəbər 917 dəfə oxundu. |
|
|