Ramil Şeydayevin yeni komandası müəyyənləşib
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası müəyyənləşib.

Gənc forvard karyerasını Slovakiyada davam etdirəcək. Belə ki, “Trabzonspor” həmyerlimizi “Jilina” klubuna icarəyə verib. Razılaşmaya əsasən, R.Şeydayev qarşıdakı il yarım ərzində Slovakiya təmsilçisində çıxış edəcək.

R.Şeydayevin yeni komandası Slovakiya çempionatında 17 turdan sonra 44 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, “Trabzonspor”a mövsümün əvvəlində “Zenit”dən keçən Ramil Şeydayev Qara dəniz təmsilçisi ilə 4 illik müqavilə imzalamışdı.

Xəbər 1237 dəfə oxundu.