“Adanaspor” – “Kasımpaşa” matçının nəticəsi ləğv edilib
Türkiyə Super Liqasının XIX turu çərçivəsində baş tutan “Adanaspor” – “Kasımpaşa” matçının nəticəsi ləğv edilib.

Buna səbəb qonaqların reqlament qaydalarına əməl etməməsidir.

2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çat görüşdə adanalıların xeyrinə texniki qələbə qeydə alınıb.

Qeyd edək ki, “Qarabağ”dan ayrılaraq “Adanaspor”a keçən Raeynaldo məhz bu görüşdə yeni komandasının heyətində debüt etmişdi.

Xəbər 783 dəfə oxundu.