Bakının “Azərreyl” voleybol klubu Çempionlar Liqası yarışlarında növbəti qələbəsini qazanıb | |
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Bakının “Azərreyl” klubu fevralın 9-da növbəti qələbəsini qazanıb. Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Fransanın “Sen-Rafael” komandasını qəbul edib. İsveçrəli baş hakim Kristian Volfun idarə etdiyi oyun “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupa 12 xalla İstanbulun “Fənərbağça” komandası liderlik edir. “Azərreyl” 9 xalla ikinci, “Dabrova Qornitsa” (Polşa) 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sen-Rafael”in isə xalı yoxdur. |
|
Xəbər 1189 dəfə oxundu. |
|
|