İlk “altılıq”da qütbləşmə başlayır
Unibank Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, təxirə salınan XIX turun oyunlarının hamısı eyni gündə keçirilib. Matçlar “altılığ”a düşmək baxımdan əhəmiyyət kəsb etməsə də, məhsuldarlığı ilə diqqət çəkib. 22 qolun vurulduğu turda ilk “altılığ”a düşən komandalardan “Neftçi” və “Qarabağ” asan, “Xəzər Lənkəran”la “İnter” çətin qələbə qazanıblar.

Bu “dördlük”dən qopmaqda olan “Bakı” və “Qəbələ” isə məğlub olmaqla, xal fərqinin 6-ya çatmasına əngəl ola bilməyib. Onlar liderdən artıq 14 xal geridədir ki, 10 turda bu fərqin aradan qaldırılması mümkünsüz görünür.
7-12-ci yerlər uğrunda “döyüşəcək” komandalardan isə “Kəpəz” və AzAL qələbə qazana bildi. Digərləri, yenə məğlub oldular.

7 mart
"İnter" - "Rəvan" - 1:0
Qol: İbrahima Niasse, 43
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İlham Əliyev, Orxan Məmmədov
Bakı. "Şəfa" stadionu.
İlk dövrədəki oyun – 2:1.

"Bakı" - "Neftçi" - 1:3
Qol: Nurlan Novruzov, 87 - Ruslan Abışov, 7; Rəşad Abdullayev, 35; Ruslan əmircanov, 40
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Rauf Cabbarov
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu.
İlk dövrədəki oyun – 0:1.

"Kəpəz" - "Qəbələ" - 3:2
Qol: Sabir Allahquliyev, 71; Yuri Fomenko, 77; Junivan Suares, 90+1 - Lyuba Baranin, 37; Yannik Kamanan, 90
Qırmızı vərəqə: Deon Burton, 37 (“Qəbələ”, 2-ci sarı)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov.
Gəncə. Şəhər stadionu.
İlk dövrədəki oyun – 0:2.

AzAL - "Sumqayıt" - 6:3
Qol: Tales Şütz, 31, 70; Zohair Benouahi, 34,53; Branislav Arsenijeviç, 55; Tərlan Xəlilov, 72 - Orxan Əliyev, 54; Uğur Pamuk, 76; Emin Mustafayev, 77 (pen)
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Yaşar Abbasov, Vüsal Əliyev.
Bakı. “AZAL Arena” stadionu.
İlk dövrədəki oyun – 1:2.

"Turan" - "Xəzər Lənkəran" - 0:1
Qol: Ayxan Abbasov, 2 (öz qapısına)
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Elşən Acalov, Feyzulla Feyzullayev.
Tovuz. Şəhər stadionu.
İlk dövrədəki oyun – 1:3.

"Qarabağ" - "Simurq" - 2:0
Qol: Rəşad Sadıqov, 23; Vuqar Nadirov, 51
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 1:0.

Xəbər 1137 dəfə oxundu.