Gənclər və idman naziri Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov fevralın 13-də Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Lənkəran, Astara, Cəlalabad, Lerik, Masallı, Yardımlı şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, RİH ilə üzbəüz) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Xəbər 1078 dəfə oxundu.