Muxtar respublikada qızların idmana cəlb olunması diqqət mərkəzindədir
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qızlardan ibarət həndbol komandası yaradılıb, bədii gimnastika və üzgüçülük bölmələri fəaliyyətə başlayıb.

Umumilikdə, 40-dan çox məktəbli qızın cəlb olunduğu həndbol bölməsində idmançı hazırlığı ilə 4 məşqçi-müəllim məşğul olur. Məşqçilərdən Xanım Əhmədova deyib ki, muxtar respublikada həndbol ənənələri uzun illər öncə mövcud olub. İndi artıq növbə yeni nəslindir.

“Artıq şərurlu qızlar da bədii gimnastikanın sirlərini öyrənə biləcəklər. Yeni yaradılmış bölmədə Bakıda məşqçi kursu keçən Sevinc Nəcəfova geri dönənədək məşqlər hələ ki, həftədə iki dəfə olmaqla, “Xatun” bədii gimnastika bölməsinin məşqçisi, idman ustası Humay Qafarova tərəfindən aparılır”.

İdman ustası Humay Qafarova bildirib ki, rayonda həmçinin qızlardan ibarət üzgüçülük bölməsi də yaradılıb. Yeni yaradılan bölmələr Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərir.

Qeyd edək ki, həyata keçirilən işlər yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı” müşavirədə verilmiş tapşırıqlara əsasən aparılır.

Xəbər 927 dəfə oxundu.