Ruslan Abışov: IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək futbol komandamıza dəstək olacağam
İlk dəfə belə bir mötəbər yarışda – IV İslam Həmrəyliyi Oyunlarında səfir kimi fəaliyyət göstərəcəyəm. Mənə etimad göstərildiyini eşidəndə çox sevindim.

Bu sözləri IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri seçilən futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi” klubunun üzvü Ruslan Abışov deyib.

Futbolçu bu barədə danışarkən deyib: “İdmançı yoldaşlarımla proqram çərçivəsində tədbirlərdə, layihələrdə iştirak etmək mənim üçün çox xoş olacaq. Bu yarışda idmançılarımızdan yüksək nəticələr gözləyirik. Oyunlarda iştirak edəcək futbol komandamıza da dəstək olmağa, hətta heyətdə yer almağa çalışacağam. Mənə etimad göstərən hər kəsə, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsində əməyi olan insanlara dərin təşəkkürümü bildirirəm”.

Xəbər 927 dəfə oxundu.