Bakının “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarında növbəti oyununu keçirib
Fevralın 8-də Bakının “Telekom” klubu qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində İtaliyanın “Modena” komandasını qəbul edib.

Görüş İtaliya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabındakı xalların sayını 11-ə çatdıran “Modena” turnir cədvəlində liderliyini davam etdirir. Digər İtaliya təmsilçisi “Konelyano” 6 xalla ikinci, Polşanın “Ximik” komandası isə 4 xalla üçüncü pillədə qərarlaşıb. Hesabında xal olmayan “Telekom” isə növbəti mərhələyə adlamaq şansını itirib.

Xəbər 1620 dəfə oxundu.