Avropa çempionatının ikinci günündə taekvondoçularımız 13 medal qazanıblar
Azərbaycanın gənc idmançıları Antalyada keçirilən taekvando üzrə klublararası Avropa çempionatında müxtəlif əyyarlı 13 medala sahib olublar. Bu uğura ölkəmizi yarışda təmsil edən klubların taekvandoçuları çempionatın ikinci günündə imza atıblar.

Çempionatda dayanq üzərinə çıxan taekvandoçularımızdan Fərid Sultan (51 kq, “Lənkəran”), Orxan Tağızadə (78 kq, “Gilan”) və Mehriban Məmmədova (46 kq, “2 saylı Gömrükçü”) bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq qızıl medala sahib olublar.

Digər beş idmançımız - Xanoğlan Kərimov (45 kq, “2 saylı Sumqayıt Gömrükçü”), Qasım Aslanov (59 kq, “Gilan”), Cavad Ağayev (63 kq, “Gilan”), Həsən İbrahimov (73 kq, “Gilan”) və Mirvari Qənbərli (42 kq, “Gilan”) yalnız finalda məğlub olaraq gümüş medal əldə ediblər.

Mübarizəyə qoşulan daha beş təmsilçimiz Məhəmməd Əlizadə (48 kq, “Gilan”), Ayaz Qənbərli (51 kq, “Gilan”), Sevda Pirseyidova (44 kq, “Savalan”), Nərgiz Mirzəyeva (46 kq, “Gilan”) və Nərmin Süleymanova (52 kq, “Gilan”) yarışı bürünc medalla başa vurublar.

Qeyd edək ki, çempionatın ilk günündə taekvando klublarımızın yeniyetmə idmançıları aktivlərinə üç qızıl, iki gümüş və dörd bürünc olmaqla, 9 medal əlavə etmişdilər.

Xəbər 675 dəfə oxundu.