“Kəpəz” klubu yeni transferlə heyətini gücləndirib
Gəncənin “Kəpəz” futbol klubu bir müddət komandanın heyətində baxışda olmuş Əli Nurini sıralarına qatıb.

21 yaşlı yarımmüdafiəçi 68 nömrəli formada çıxış edəcək. Onunla cari mövsümün sonunadək müqavilə bağlanılıb.

Nuri klubun rəsmi saytına açıqlamasında böyük tarixi olan komandaya keçdiyini bildirib: “Buna görə, çox şadam. Mənə etimad göstərən, inanaraq, komandaya cəlb edən baş məşqçi Şahin Diniyevin ümidlərini doğrultmağa çalışacağam. Məqsədim “Kəpəz”in uğur qazanmasına yardımçı olmaqdır. Komandamızın böyük azarkeş ordusu var, onların sevgisini qazanmaq istəyirəm”.

Bununla yanaşı, gənc futbolçu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alıb.

Qeyd edək ki, Ə.Nurinin sonuncu klubu İranın “Fulad Xuzestan” komandası olub.

Xəbər 557 dəfə oxundu.