Avro-2020 Azərbaycan və Gürcüstanda?
Azərbaycan və Gürcüstan 2020-ci ildə futbol üzrə Avropa çempionatının birgə keçirilməsi üçün ərizə təqdim edəcək. İdman.com.az saytının məlumatına görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıda, Milli Məclisin deputatları qarşısında çıxışı zamanı bəyan deyib.

O, qonşu ölkələrin qitə çempionatını birgə keçirməkdə maraqlı olduğunu bildirib: “Biz gələcəkdə ölkələrimiz arasında münasibətlərin daha yüksək səviyyədə olmağını istəyirik. Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə konkret və diqqəti çəkən layihələri müzakirə etdik. Bunlar xalqlarımıza sərfəli olacaq. Biz futbol üzrə Avropa çempionatını birgə keçirməyə sifariş vərəqini verməyi razılaşdırdıq”.

Qeyd edək ki, UEFA 2020-ci ildə Avropa çempionatı keçiriləcək ölkələrin adını 2014-cü ildə təsdiqləyəcək.

Xəbər 1106 dəfə oxundu.