“Çelsi” klubu “Yuventus”un müdafiəçisini heyətinə qatmaq istəyir | |
“Yuventus” klubunun sol cinah müdafiəçisi Aleks Sandro “Çelsi”nin maraq dairəsinə düşüb. London təmsilçisi 26 yaşlı braziliyalını mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. “Çelsi”nin baş məşqçisi Antonio Konte İtaliya A seriyasında Sandoronun “İnter”ə qarşı oyununu stadiondan izləyib. Futbolçu 2015-ci ildə “Portu”dan 26 milyon avroya “Yuventus”a transfer olunub. Sandro ilə komanda arasında 2020-ci ilədək müqavilə imzalanıb. Hazırda braziliyalının transfer qiyməti 45 milyon avro dəyərləndirilir. Cari mövsüm İtaliya çempionatında 20 oyunda meydana çıxan Sandro 1 qol vurub və 5 məhsuldar ötürmə edib. |
|
Xəbər 579 dəfə oxundu. |
|
|