Gənc basketbolçularımız İranda beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
On altı yaşadək oğlanlardan ibarət basketbol yığmamız beynəlxalq turnirdə iştirak edəcək.

Komandamız İranın Sarab şəhərində İslam İnqilabının 38-ci ildönümünə həsr edilmiş ənənəvi beynəlxalq basketbol turnirində çıxış edəcək.

Yarış fevralın 7-dən 11-dək davam edəcək.

Xəbər 1139 dəfə oxundu.