2 sınaq matçı kecirəcəklər
Azərbaycan futzal yığmasının Türkiyə ilə yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib. İdman.com.az saytının məlumatına görə, millimiz dünya çempionatının pley-off mərhələsində Rusiya ilə oyuna hazırlıq məqsədilə İstanbulda 2 matç keçirəcək. Bunlar martın 15-də və 16-da olacaq. Bunadək isə yığmamızın Bakıda martın 9-dan 13-dək təlim-məşq toplanışı təşkil olunacaq.
Qeyd edək ki, yığmamız ruslarla martın 27-də Bakıda, aprelin 9-da Tümendə oynayacaq.

Xəbər 961 dəfə oxundu.