Azərbaycan Həndbol Federasiyasının məlumatı
Fevralın 12-də Avropanın “Challenge Cup” kubokun səkkizdəbir final mərhələsi çərçivəsində Türkiyənin Ardeşen GSK və Xorvatiyanın HC Lokomotiva Zagreb həndbol komandaları görüşəcək. Qadınlardan ibarət komandalar arasında keçirilən oyuna Azərbaycan Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov hakim təyinatı alıb.

Azərbaycan Həndbol Federasiyasından (AHF) azsport.az saytına verilən məlumata görə,Oyun Türkiyənin Ardeşen şəhərində yerli vaxtla saat 18.00-da keçiriləcək.


Xəbər 687 dəfə oxundu.