“Sumqayıt”-“İnter” matçında heç-heçə qeydə alınıb
Fevralın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Turun son qarşılaşması Sumqayıtda oynanılıb.

Bakının “İnter” klubu “Sumqayıt”la üz-üzə gəlib. Paytaxt təmsilçisi zirvədə qərarlaşan “Qarabağ” və “Qəbələ”dən uzaq düşməməyə, “kimyaçılar” isə hazırda qərarlaşdıqları 4-cü pillədəki mövqelərini itirməməyə cəhd göstəriblər.

Oyunda hesabı meydan sahibləri açsa da, Zaur Svanadzenin yetirmələri nəinki hesabı bərabərləşdirmək, həmçinin son dəqiqələrdə hesabda önə də keçiblər. Ancaq komanda oyunu 3 xalla başa vura bilməyib. “Sumqayıt” matça əlavə olunmuş birinci dəqiqədə oyunda status-kvonu bərpa edib - 2:2. Ev sahibi komandadan Mirabdulla Abbasov (18), Nicat Muxtarov (90) və qonaqların heyətində isə İlkin Qırtımov (47), Rauf Əliyev (88) fərqləniblər. Qarşılaşma elə bu hesabla da yekunlaşıb.

Bu görüşdən sonra “İnter” 29 xalla 3-cü yerdəki mövqeyini qoruyub. “Sumqayıt” klubu isə 19 xalla turu 5-ci başa vurub.

Xəbər 1333 dəfə oxundu.