Bakıda K-1 döyüş növü üzrə “Legends of Azerbaijan” adlı turnir keçiriləcək
Martın sonu və aprelin əvvəlində Bakıda K-1 döyüş növü üzrə “Legends of Azerbaijan” adlı turnir keçiriləcək.

Bu sözləri fevralın 4-də Bakıda təşkil olunan mətbuat konfransında K-1 döyüş növünün Azərbaycan və Yaxın Şərq üzrə rəsmisi Elnur Məmmədov deyib.

E.Məmmədov bildirib ki, turnirə ölkəmizin güclü idmançıları ilə yanaşı, dünyanın tanınmış döyüşçüləri qatılacaqlar.

Döyüşçülərimizin beynəlxalq arenada çıxışını yüksək qiymətləndirən E.Məmmədov K-1 döyüş növünün ölkəmizdə inkişaf istiqamətləri barədə məlumat verib.

Sonra E.Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Xəbər 1326 dəfə oxundu.