Azərbaycanlı hakimlər EHF tərəfindən yeni təyinat alıblar
Azərbaycanlı hakimlər Avropa Həndbol Federasiyası (EHF) tərəfindən yeni təyinat alıblar.

Kişi həndbol komandaları arasında EHF kuboku yarışları çərçivəsində keçiriləcək “Grundfos Tatabanya KC” (Macarıstan) –“Maccabi Castro Tel-Aviv” (İsrail) oyununun baş hakimi Vaqif Əliyev olacaq. Ona həmyerlimiz Ələkbər Ağakişiyev kömək edəcək.

Görüş fevralın 8-də Macarıstanın Gior şəhərində təşkil olunacaq.

Xəbər 685 dəfə oxundu.