Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi “Zəfər” mükafatına layiq görülüb
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 2016-cı ilin yekunlarına əsasən, “İlin təşkilatçısı” nominasiyasında “Zəfər” yüksək idman nailiyyətləri beynəlxalq mükafatına layiq görülüb.

Nominasiya 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsinə görə təqdim olunub.

Mükafatı Əməliyyat Komitəsinin direktor müavini Joana Qolas qəbul edib.

Xatırladaq ki, 2016-cı il sentyabrın 1-dən 14-dək Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasında 176 ölkədən idmançılar iştirak ediblər. Bu göstərici FIDE tarixində yeni rekord olub.

Xəbər 727 dəfə oxundu.