Cins atlarımız nə vaxtdan beynəlxalq arenaya çıxacaq?
Azərbaycan Respublikası Atçılıq Federasiyası gələcək olimpiadaya əcnəbi cins atlarla deyil, yerli atlarla təmsil olunmaq fikrindədir. Bunu idman.com.az saytına ARAF-ın baş katibi Bəhruz Nəbiyev deyib. Gənc mütəxəssisin sözünə görə, bir atı yetişdirmək üçün uzun müddət lazımdır:

«Beynəlxalq normalara əsasən, olimpiadada idmançının atının yaşı minimum 9-dan aşağı olmamalıdır. Bizim federasiya 2009-cu ildən aktiv fəaliyyətə başlayıb. Həmin vaxtdan “Qarabağ” və “Dilboz” cinsindən olan atların yetişdirilməsinə başlayıb. Onların beynəlxalq yarışlarda yalnız 2018-ci ildən sonra başlaya bilərik. Demək, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına öz atımızla mübarizəyə zamanımız çatmır».

KAMRAN

Xəbər 2138 dəfə oxundu.