AFFA veteran futbolçunu təbrik edib
Futbol veteranı, SSRİ idman ustası, Əməkdar məşqçi, “Sumqayıt” klubunun Müşahidə Şurasının üzvü Telman Salahovun 80 yaşı tamam olub.

AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov veteran futbolçu ilə görüşüb, yubileyi münasibətilə onu AFFA rəhbərliyi adından təbrik edib.

Baş katib üzərində “T.Salahov 80” yazılmış Azərbaycan milli komandasının futbolkasını yubilyara təqdim edib.

Telman Salahov göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.

Xəbər 725 dəfə oxundu.